Konfransın keçirildiyi yer


Hotel Adlon Kempinski Berlin

Təşkilatçılar


Baku International Centre for Interfaith
and Inter-Civilizational Cooperation

The Embassy of Azerbaijan Republic in Germany

Berlin Academy for Cultural Diplomacy

Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru

Beynəlxalq Konfrans; Berlin, 19 noyabr 2018

Konfransın əsas məqsədi sivilizasiyalar və dinlərarası dialoqun əmşkdaşlığa doğru inkişaf etdirilməsi, dini tolerantlıq ənənələrinin qorunmasının əhəmiyyəti, mədəni - mənəvi dəyərlərin təbliğ olunması, habelə müasir dünyanın təhdid və çağırışlarına dair Konfrans iştirakçılarının birgə mövqeyinin bildirilməsindən ibarətdir.

Konfransın mövzuları:

  • Sivilizasiyalar və dinlərarası dialoqun həmrəyliyə və əməkdaşlığa doğru inkişafı   dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir;
  • Terrorizm, separatizm və ksenofobiya dinlərarası dialoqa və həmrəyliyə təhdiddir
  • Gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasınada sivilizasiyalar və dinlərarası əməkdaşlığın rolu;
  • İrqi və dini dözümsüzlük, işğalçılıq, etnik təmizləmə siyasətinə məruz qalmış insanların, miqrantların, qaçqın və məcburi köçgünlərin problemlərinin həllinə dünya ictimaiyyətinin diqqətinin artırılmasının vacibliyi;
  • Tarix və mədəniyyət abidələri, dini atributlara qarşı vandalizm halları ilə mübarizədə birgə səylərin gücləndirilməsinin əhəmiyyəti;
  • Sivilizasiyalar və dinlərarası dialoqa və əməkdaşlığa maneə olan zərərli informasiya təbliğatına qarşı birgə səylərin artırılması;
  • Dövlət, elm və din xadimlərinin sivilizasiyalar və dinlərarası dialoqun və əməkdaşlığın təşviqində birgə səylərinin rolu.